“Təmiz Şəhər”in ADNSU-da təqdimatı keçirilib

temiz-seherin-adnsu-da-teqdimati-kecirilib
Oxunma sayı: 1214

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təqdimatı keçirilib.

Qafqazinfo” xəbər verir ki, təqdimatda “Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndələr, eləcə də ADNSU rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Mustafa Babanlı universitetin fəaliyyəti, iştirak etdiyi layihələrdən söz açıb. Qeyri-neft sektorunun inkişafı, ekosistemin yaradılması və digər mütərəqqi ideyaların inkişaf etdirilməsini qeyd edən rektor, mövcud potensialı vurğulayıb.

“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov da qurulan əməkdaşlıq əlaqələrini universitetin inkişafına dəstək və ümumilikdə dövlətin inkişafında böyük rola malik olacağını vurğulayıb.

“Təmiz Şəhər” ASC-nin nümayəndələri Oqtay Məmmədov və digər çıxışçılar təqdimatda tullantıların idarə edilməsi sahəsində görülən işlər haqqında geniş məlumat veriblər.

Vurğulanıb ki, “Təmiz Şəhər” ASC artıq iki ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə Qala qəsəbəsində pilot layihələr həyata keçirir.

Eyni zamanda tədbir iştirakçılarına Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına turların təşkili, zavodun iş prinsipi, çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi və sair haqda məlumat verilib.