Tələbələr bu ölkədə qatardan pulsuz istifadə edəcəklər

telebeler-bu-olkede-qatardan-pulsuz-istifade-edecekler
Oxunma sayı: 1117

Fevraıln 1-dən başlayaraq Rumıniya ərazisində səyahət edən tələbələr üçün qatarlarda gediş haqqı ləğv olunub.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, güzəştdən Təhsil Nazirliyində akkreditasiyadan keçən dövlət və özəl ali təhsil ocaqlarında yalnız əyani formada təhsil alan tələbələr yararlanacaqlar.

Belə ki, Rumıniya hökumətinin qəbul etdiyi qərar ümumilikdə 465 min tələbəyə şamil olunacaq və onlar qatarlarda II klasda səyahət edəcəklər. Bütün bu xərclər isə dövlət büdcəsinə 100 milyon leiə ( təqribən 22 milyon avro) başa gələcək.

Qeyd edək ki, hökumətin qəbul etdiyi qərar moldovalı tələbələrə də şamil olunacaq. Bu il Rumıniya Moldovadan olan 2 min 800 tələbəyə ölkənin müxtəlif universitetlərində təhsil almaq üçün təqaüd

Xatırladaq ki, Rumıniyada tədris ili 1 oktyabr – növbəti ilin 30 sentyabr tarixlərini əhatə edir.