Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı

tapilan-meyitin-neftcinin-oldugu-deqiqlesdi-
Oxunma sayı: 3150

Ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsədi aşkarlanan şəxsin kimliyi məlum olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: “Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıb”.

Günel Türksoy