Tanınmış polkovnik dünyasını dəyişdi

taninmis-polkovnik-dunyasini-deyisdi
Oxunma sayı: 9101

Sabiq polis polkovniki Yenisey Hacıyev ötən gecə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, 69 yaşlı polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.az-ın məlumatına görə, Naxçıvandakı Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbin məzunu olan polkovnik Yenisey Hacıyev Naxçıvan Muxtar Respublikası Babək rayon Polis Şöbəsinin. Naxçıvan Hava Limani Polis Şöbəsinin, MR-nin Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin, Bakının Suraxanı və Nəsimi rayonlarının polis idarələrinin rəisi, Naxçıvan MR Ali Məclisinin deputatı kimi fəaliyyət göstərib. Onun ən son iş yeri isə Bakı Şəhər İcra Hakimiyyəti olub.