Sürücülər üçün xəbərdarlıq

suruculer-ucun-xeberdarliq
Oxunma sayı: 1309

“Azəravtayol” ASC sürücülərə xəbərdarlıq edib.

Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.

Hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə ( Bakı şəhəri istiqaməti ) tətbiq olunacaq. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə ( Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.