Sürücülər niyə forma geyinmir? - Video

suruculer-niye-forma-geyinmir
Oxunma sayı: 1774

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün vahid forma müəyyənləşdirilmişdi. İndi isə vahid geyim qaydasına demək olar ki, riayət edən sürücü yoxdur.

Sürücülər formalarının olmadığını müxtəlif bəhanələrlə izah edirlər. Daşıyıcı şirkətlər bildirirlər ki, sürücülərin vahid forma geyinməməsinin səbəbi indi şirkətlər qarşısında bununla bağlı konkret tələbin qoyulmamasıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus sürücülərinin vahid geyimə keçmə məsələsi hazırda agentliyi narahat edən ən asas məsələlərdən biridir. Həm bu, həm də bu kimi digər məsələlərin həlli ilə bağlı qurum tərəfindən təkliflər planı Nazirlər Kabinetinə göndərilib. Bu tələblər təsdiq ediləndən sonra avtobus sürücülərinin vahid formaya keçidi tam təmin ediləcək.

Qafqazinfo” xezerxeber-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir: