Sumqayıtda gənc dənizdə batdı

sumqayitda-genc-denizde-batdi
Oxunma sayı: 3454

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:05-də başa çatıb.