Sumqayıt yolundakı təpələri sökməyə başladılar - Fotolar

sumqayit-yolundaki-tepeleri-sokmeye-basladilar-
Oxunma sayı: 4749

Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, yolun avtovağzal tərəfdəki təpələr tam sökülüb. Bununla da yol təxminən 6 metr genişlənib.

Təpənin “Şamaxinka”ya doğru uzanan hissəsi isə tam sökülməyəcək. İş icraçısı “Qafqazinfo”ya bildirib ki, burada 2 metr enində genişləndirmə işləri aparılacaq. Təpəcik də 2-3 metr məsafədə söküləcək və təpənin üzərindəki fiqurlar saxlanılacaq. Bu işlər təxminən 1 həftəyə başa çatdırılacaq.

Qeyd edək ki, sözügedən təpələr Binəqədi icra başçısı Xaləddin İsgəndərovun həyata keçirdiyi "Təmiz Binəqədi" layihəsi çərçivəsində qurulub. Həmin yolda baş verən çökmələrə əsas səbəb kimi bu təpələr göstərilir. 

Murad Əhməd