Sumqayıt yolunda təhlükə yoxdur - Açıqlama

sumqayit-yolunda-tehluke-yoxdur-
Oxunma sayı: 887

“Hazırda Bakı-Sumqayıt yolu üçün ciddi təhlükə yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Azəryolservis" ASC-nin adının çəkilməsini istəməyən yüksək vəzifəli məmuru deyib. Bildirilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmədən sonra əraziyə bitişik Bakı-Sumqayıt yolunda qabaqlayıcı tədbirlər görülür: "Sürüşmənin yola keçməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Yolda yaranmış çatlar doldurulur ki, yağış suları dolub sürüşməni sürətləndirməsin. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin araşdırması davam edir və biz FHN-in bununla bağlı müvafiq rəyini gözləyirik. Rəydən asılı olaraq, lazım gələrsə, onun icrası ilə bağlı digər qurumlarla birlikdə müvafiq işlər görüləcək. Bəziləri bu hadisədən sensasiya yaratmağa, əhali arasında təşviş yaratmağa çalışırlar. Qeyd edirik ki, hazırda Bakı-Sumqayıt yolunda təşvişə səbəb ola biləcək ciddi təhlükə yoxdur".