“Space”in radiosu bağlanıb? - Açıqlama

spacein-radiosu-baglanib
Oxunma sayı: 2875

Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:

“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.

***

“Space”dən "Qafqazinfo"ya bildirilib ki, radio bağlanmayıb: "Sadəcə bir günlük radioda profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən də bu gün radio fəaliyyət göstərməyib. Sabahdan 104 FM öz yayımını davam etdirəcək".