“Sovetski”də yanğın - Yenilənib

sovetskide-yangin-
Oxunma sayı: 7575

Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verir.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz, sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

***
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

***

60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.