Sosial şəbəkələr yuxunu pozur

sosial-sebekeler-yuxunu-pozur
Oxunma sayı: 1054

ABŞ-ın Kaliforniya Universitetinin alimləri apardıqları eksperiment zamanı belə qənaətə gəliblər ki, yuxusuzluq, habelə keyfiyyətsiz yuxu tələbələrin sosial şəbəkələrdən asılılıq və onların xroniki yorğunluğu ilə düz mütənasibdir.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, tədqiqatçılar bir həftə ərzində 76 tələbə (42 qız və 34 oğlan) arasında anket sorğusu aparıblar. Bütün könüllülərin sosial şəbəkələrdə profilləri olub. Eksperiment iştirakçıları hər gün anket sorğusunda iştirak edərək, necə yatdıqları və gündəlik rejimləri barədə məlumat veriblər.

Mütəxəssislər müəyyən ediblər ki, yuxusuzluq və az yatmaq sosial şəbəkələrə aludəçiliyin səbəb olduğu ümumi xroniki yorğunluqla düz mütənasibdir.