Son anda xilas edildi

son-anda-xilas-edildi
Oxunma sayı: 931

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyati üzrə təhvil veriblər.