Son 11 ay ərzində Azərbaycanda uşaqlara qoyulan adların - Siyahısı

son-11-ay-erzinde-azerbaycanda-usaqlara-qoyulan-adlarin
Oxunma sayı: 4175

Ədliyyə Nazirliyi bu ilin 11 ayı ərzində uşaqlara ən çox qoyulan adları açıqlayıb.

Qafqazinfo”nun Sputnik-ə istinadən məlumatına görə, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib. Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.

Son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn(13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.

Qeyd edək ki, Azərbaycanda uşaqlara qoyulan bu adların böyük əksəriyyəti ərəb mənşəlidir, xüsusilə də İslam dinində müqəddəs sayılan insanların adlarıdır.