Sentyabrda 4 gün iş olmayacaq

sentyabrda-4-gun-is-olmayacaq
Oxunma sayı: 8625

Sentyabrda Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Qafqazinfo” azadlıq.org-a istinadən xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin qərarında bildirilir.

Nazirlər Kabinetinin “2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına görə, sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri isə şənbə, bazar günlərinə təsadüf edir.

Ona görə də, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmaqyacaq.