Şəmkirdə yeni məktəbin açılışı oldu - Fotolar

semkirde-yeni-mektebin-acilisi-oldu
Oxunma sayı: 5072

Oktyabrın 9-da Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, qonaqlar öncə məktəbin binası ilə tanış olublar. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən tikilən 640 şagird yerlik Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin inşasına ötən ilin dekabr ayından başlanılıb.

Cəmi 10 aya tikilən məktəbdə 26 sinif otağı, 2 kimya, 2 biologiya və 2 fizika laboratoriyası, 2 əmək təlimi otağı, kompüter otağı, distant təhsil sistemi üçün 2 tədris otağı, akt zalı, idman zalı, kitabxana və futbol meydançası var. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib.