Şəhid pilotumuzun qızına ödənişsiz təhsil imkanı

sehid-pilotumuzun-qizina-odenissiz-tehsil-imkani
Oxunma sayı: 7490

Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə (MTK) qəbul olunub.

Qafqazinfo”nun məlumatına görə, şəhidin 8 yaşlı qızı Zəhra Urfan qızı Vəlizadə təhsilini MTK-nın 3-cü sinfində davam etdirəcək. O, ödənişsiz təhsil alacaq.

Qeyd edək ki, U. Vəlizadə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Şəhidin 2 qız övladı var.

Nigar Məmmədli