Şəhid ailəsi ev ala bilmir

sehid-ailesi-ev-ala-bilmir-
Oxunma sayı: 913

“Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, 2013-cü ildən ev siyahısındayıq. Amma hələ də ev ala bilməmişik”.

Bu sözləri “Qafqazinfo”ya müraciətində şəhid Rahil Qarayevin bacısı Aygün Qarayeva deyib. O bildirib ki, hazırda yaşadıqları ev şəraitsizdir: “Evlə təmin olunmağımızla bağlı sərəncam olsa da, buna heç kim əməl etmir. Anam ürək xəstəsidir. Yaşadığımız ev şəraitsizdir. Aldığımız müavinət anamın dərmanlarına ancaq çatır. Dəfələrlə İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik”.

Qeyd edək ki, Rahil Qarayev 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.