Səhər 10-dan qaz olmayacaq

seher-10-dan-qaz-olmayacaq
Oxunma sayı: 5281

Avqustun 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Qafqazinfo”nun SOCAR-a istinadən məlumatına görə, təmir müddətində Abşeron rayonun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.