Səbailli yeniyetmələr Naxçıvana yola düşüb - Fotolar

sebailli-yeniyetmeler-naxcivana-yola-dusub
Oxunma sayı: 963

Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Tədbirdə çıxış edən məktəblilər, valideynlər, orta məktəblərin rəhbərləri yeniyetmələrin dünyagörüşünün və biliyinin daha da artmasına kömək göstərən bu tur-aksiyanın təşkili üçün ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.