Səbailli “Gənc Heydərçilər” Qusardakı yay düşərgəsindən qayıtdılar

sebailli-genc-heyderciler-qusardaki-yay-dusergesinden-qayitdilar
Oxunma sayı: 833

Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi ilə birgə təşkil olunan layihəyə əsasən artıq 3-cü dəfə keçirilən Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları üçün Qusar rayonundakı «N» saylı hərbi hissəsində "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib.  Hərbi hissədəki əsgər kazarmalarının birində "Gənc Heydərçilər" üçün hər cür şərait yaradılıb.

Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olublar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradıb.

Bağlanış mərasiminindən bir gün əvvəl məktəblilər üçün tonqal ətrafında maraqlı əyləncəli tədbir-konsert təşkil olunub. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçidlə keçib, düşərgədə öyrəndiklərini nümayiş etdiriblər.