Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

sebailde-20-yanvar-sehidlerinin-xatiresi-anilib
Oxunma sayı: 633

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, YAP Səbali rayon təşkilatının sədri, respublika «20 Yanvar» cəmiyyəti», Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbirdə çıxış edən Səbail rayonunun ica başçısı Eldar Əzizov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar.

İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixində həkk olunmuş ən qanlı faciələrdəndir.

Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.