Sayğacınızda pul ola-ola işıqsız qala bilərsiniz - Video

saygacinizda-pul-ola-ola-isiqsiz-qala-bilersiniz
Oxunma sayı: 1596

Sevil Tağıyeva Nəsimi rayonu Asim Məhərrəmov küçəsi 36, mənzil 2-də yaşayır. Vətəndaş işıq sayğacında pul olduğu halda işıqlarının söndüyünü bildirir. Əlavə pul yüklənildiyində belə enerjinin bərpası təmin edilmir. O, bina sakinlərinin bu problemlə tez-tez rastlaşdıqlarını deyir.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, belə hal saat 7-dən sonra belə baş verəndə abonentlər çıxılmaz vəziyyətdə qalırlar. Çünki iş vaxt bitdiyindən onların şikayətləri cavabsız qalır.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Nəsimi rayon Enerji Satış İdarəsindən bildirilir ki, bu hal sms tipli sayğaclar üçün xarakterikdir. Bu sayğacların hər biri mobil nömrə ilə təmin olunub. Mobel operatorlarda şəbəkə itən zaman sayğacın məbləğindən asılı olmayaraq işıq da sönür. İdarə əməkdaşının sözlərinə görə bu, bəzən bir abonentin bəzən isə eyni anda bir blokdakıların hamısının başına gələ bilər.

Ölkədə 2 milyon 500 min elektrik enerjisindən istifadə edən abonent var. Onların 330 mindən çoxu smart kart tipli, 82 mindən çoxu isə sms sayğacdan istifadə edir. Yəni, oxşar problem 82 minin hər birinin başına gələ bilər.

"Azərişıq" ASC-dən aldığımız məlumata görə sayğaclama prosesi respublika üzrə tamamlandıqdan sonra sms tipli olanların smart sayğaclarla əvəz olunması həyata keçiriləcək.