Sakinlərə “kupça” verildi

sakinlere-kupca-verildi
Oxunma sayı: 2371

Əmlak Məsələləri Dövlət Komitəsi Xaçmaz şəhərində “Kütləvi çıxarış” kampaniyası keçirib.

Qurumun mətbut xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şəhərdə yerləşən 75 mənzildən ibarət olan yeni tikilmiş binanın bütün mənzil sahiblərinə dövlət reyestrindən çıxarışlar elə binanın həyətində təqdim olunub. İlkin mülkiyyət sənədləri əsasında vətəndaşların mənzilləri rahat və çevik qaydada sənədləşdirilib. Mənzil sahibləri heç bir yerə getmədən, gündəlik fəaliyyətdən ayrılmadan və əlavə vaxt itirmədən hazır çıxarışları əldə ediblər.

Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Xatırladaq ki, yalnız istismara qəbul aktı olan binaların mənzillərinə belə çıxarışlar verilir.