“Sabahın alimləri mükafatlandırıldı - Fotolar

sabahin-alimleri-mukafatlandirildi
Oxunma sayı: 1542

Azərbaycan Milli Elmlər Akademiyasında “Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, müsabiqənin təşkilatçıları, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini bildiriblər.

Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib.