Sabah səhərdən qaz olmayacaq

sabah-seherden-qaz-olmayacaq
Oxunma sayı: 4697

Sabah Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Qafqazinfo” “Azəriqaz”a istinadən xəbər verir ki, aşkar olunmuş qaz sızmalarının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar olaraq, mayın 25-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.