Sabah səhər bu yolda hərəkət məhdudlaşdırılacaq

sabah-seher-bu-yolda-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 1683

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.