Sabah marafonun keçəcəyi bütün yollar bağlı olacaq

sabah-marafonun-kececeyi-butun-yollar-bagli-olacaq
Oxunma sayı: 1587

“Sabah “Bakı Marafonu 2016” ilə əlaqədar Marafonunun keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək”.

Qafqazinfo” xəbər verir ki, bunu APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. O bildirib ki, “Bakı Marafonu 2016” iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hərəkət tənzimlənməsi nəzərdə tutulub. V. Əsədov qeyd edib ki, “Bakı Marafonu 2016”-nın keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətə dəyişdiriləcək: “Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək”.

Qeyd edək ki, mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.