Sabah axşama qədər qaz olmayacaq

sabah-axsama-qeder-qaz-olmayacaq
Oxunma sayı: 3051

Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 12-də saat 09:00-dan 19:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə 2 kəndin - Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.