Sabah “ASAN”da yalnız bu xidmət işləyəcək

sabah-asanda-yalniz-bu-xidmet-isleyecek
Oxunma sayı: 2020

26 sentyabr Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Qafqazinfo” xəbər verir ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

27 sentyabrdan isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən istifadə edəcəklər.