Rusiyada “xruşovka”lar sökülür - Bəs Bakıda?+Video

rusiyada-xrusovkalar-sokulur-
Oxunma sayı: 2530

Rusiyada “xruşovka” adlandırılan beşmərtəbəli panel binaların kütləvi şəkildə sökülməsinə başlanılıb. Buna səbəb binaların istismara yararsız hesab edilməyidir.

Azərbaycanda da bənzər addım təklif edilir. Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, başda “xruşovka" layihəli binalar olmaqla 1960-ci illərdən əvvələ dayanan “İtaliyan”, “Minsk”, “Stalin” layihəli evlər də sökülməlidir. Belə evlərin sökülməsi hökumətə böyük vəsait hesabına başa gələcəyindən bu işdə tikinti şirkətlərinin maraqlı olmaları daha yaxşı olardı.

Ramil Osmanlı dövlətin infrastruktur xərcləri öz üzərinə götürəcəyi təqdirdə “Xruşov” layihəli binalardan tez bir zamanda azad olmağın mümkün olduğunu deyir.

Əmlak Eksperti Nüsrət İbrahimov isə belə evlərin sökülməsində zərurət görmür: “Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır”.

Qafqazinfo” xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: