Rus turistlər Bakını seçir - Reytinq açıqlandı

rus-turistler-bakini-secir
Oxunma sayı: 1505

Rus turistlərinin cari ilin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, Rusiyanın “travel.ru” saytının məlumatına əsasən, reytinq 30 aprel - 4 may tarixlərində otel və hostellərdə bronlaşdırmaya əsaslanıb.

Sayt yazır ki, rus turistlər Bakıda 1 sutka ərzində orta hesabla 3 min rubl və ya 68 manat xərcləyiblər.

Müqayisə üçün qeyd edək ki, qonşu ölkənin turistləri 1 sutka ərzində Belarus və Polşada 2 min rubl və ya 45 manat, Sinqapur və Londonda isə 10 min rubl və ya 227 manat xərcə düşüblər.

Ümumiyyətlə, rus turistlərinin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu bu cürdür: Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki, və Belqrad.