Rayon maşınlarına qadağa Bakıda bu vəziyyəti yaratdı - Foto

rayon-masinlarina-qadaga-bakida-bu-veziyyeti-yaratdi-
Oxunma sayı: 8610

Bakının cənub girişində nəhəng tıxac yaranıb.

Etiraz edən sürücülərin “Qafqazinfo”ya göndərdiyi fotolardan da görünür ki, Lökbatan istiqamətindən Bakıya gələn maşınlar yolda qalıblar. Şikayətçilərin sözlərinə görə, hazırda yolda kilometrlərlə tıxac var.

Buna səbəb isə rayon avtomobillərinin paytaxta girişinə qoyulan məlum qadağadır. Maşınların yoxlanılaraq paytaxta girişinə məhdudiyyət qoyulması yolun tamamilə bağlanması ilə nəticələnib.