Rahidə Baxışovanın qardaşı vərəmdən öldü

rahide-baxisovanin-qardasi-veremden-oldu
Oxunma sayı: 7804

Müğənni Rahidə Baxışovanın qardaşı dünyasını dəyişib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, ifaçının qardaşı 1981-ci il təvəllüdlü Ramin Baxışov Ramiz oğlu xeyli vaxt imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş.

Bakıda ixtisaslaşmış xəstəxanada müalicə olunan Raminin vəziyyəti ağırlaşdığından və yaşamaq şansı qalmadığından bir neçə gün əvvəl həkimlər onun evə aparılmasını istəyiblər. Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsindəki evə gətirilən 35 yaşlı Ramin Baxışov dünən vəfat edib.