Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

rabite-operatorlari-guclendirilmis-rejime-kecirler
Oxunma sayı: 1094

Bakıda “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.

Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bütün torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhlükəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.