Qubanın Qəçrəş kəndinin içməli su təchizatı yaxşılaşdırılır

qubanin-qecres-kendinin-icmeli-su-techizati-yaxsilasdirilir
Oxunma sayı: 1089

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.

Qafqazinfo”ya daxil olan məlumata görə, belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çatdırılıb.

Yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib: “Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan verib və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Qəçrəşdə istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir“.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanıb və artıq 23 şəhərdə işlər başa çatdırılıb.