Quba-Rusiya yolunda maşın aşdı - 2 yaralı

quba-rusiya-yolunda-masin-asdi-
Oxunma sayı: 1164

Ötən gün axsam saatlarında Bakı-Quba-Rusiya Federasiyasi yolunda yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına gorə, hadisə Quba rayonunun Mirzəmməd kəndi ərazisində qeydə alınıb.

Quba rayonu, Mirzəmmed kənd sakini, 1994-cu il təvəllüdlü Baxışov Şıxmurad idarə etdiyi “Niva” markalı avtomobil yoldan çixaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, 1994-cu il təvəllüdlü Qəribov Məftun xəsarət alıb.

Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla baglı araşdırmalar davam etdirilir.