Quba meşəsində yanğın olub

quba-mesesinde-yangin-olub
Oxunma sayı: 856

03 mart 2016-cı il tarixində saat 17 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, yanğın nəticəsində meşəətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib. Yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.