Qəzada həlak olan tələbə evin tək oğlu imiş - Atası da keçən il ölüb

qezada-helak-olan-telebe-evin-tek-oglu-imis
Oxunma sayı: 8746

Bugünkü qəzada dünyasını dəyişən tələbə Rəşad Caniyev evin tək oğlu olub. "Qafqazinfo" xəbər verir ki, tələbənin atasının iş yoldaşının İstiPress-ə verdiyi məlumata görə, onun bir bacısı var.

Atası Füzuli Caniyev ötən ilin aprel ayında vəfat edib. Ölməmişdən əvvəl Suraxanı rayonunda neft buruqlarında çalışırmış. Neftçiymiş. İndi ailədən ana və qız qalıb.