Qərib Məmmədovun yerinə Əhliman Əmiraslanov təyin olundu

qerib-memmedovun-yerine-ehliman-emiraslanov-teyin-olundu
Oxunma sayı: 6300

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşağı vəzifəyə keçirilib.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, indiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.

Belə ki, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.

AMEA-dan “Report”a fakt təsdiqlənib.