Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

qerb-universitetinde-bmt-tehlukesizlik-surasi-simuliyasiya-olundu
Oxunma sayı: 791

24-25 dekabr tarixində Qərb Universitetində “Suriya konfliktinin həlli” çərçivəsində “BMT modeli” konfransı keçirilib.

Universitetdən "Qafqazinfo"ya verilən məlumata görə, konfransda BMT Təhlükəsizlik Şurası simuliyasiya olunub, tələbələr 18 dövləti təmsil edərək müzakirələr aparıblar. Konfransın birinci günü aparılan müzakirələrlə başa çatıb. İkinci günündə isə üzv dövlətlər ortaq məxrəcə gələrək problemin həlli üçün qətnamə qəbul ediblər.

Qərb Universitetinin tələbələrə verdiyi bilik və təcrübə nəticəsində tələbələr BMT Təhlükəsizlik Şurasının simuliyasiyasını peşəkarcasına edərək tədbirdə xüsusi aktivlik göstərib. Nəticədə Qərb Dilləri fakültəsi tələbəsi Allahverdiyev Ramiz “Ən yaxşı nümayəndə”, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi tələbəsi Rzayev Turan “Ən yaxşı debatçı”, İşgüzar-inzibatçılıq fakültəsi tələbəsi Kazımov Qadir isə “Ən yaxşı mövqe sənədi”nin müəllifi adına layiq görülərək diplomla təltif edilib. Sonda bütün iştirakçılara sertifikat verilib.