Qərb Universiteti üçün önəmli qələbə - Fotolar

qerb-universiteti-ucun-onemli-qelebe
Oxunma sayı: 1156

15-18 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə “Beynəlxalq Açıq Antalya Kuboku” keçirilib.

Qafqazinfo” xəbər verir ki, 20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstan isə fərdi şəkildə qatılıb.

Milli komanda bu yarışda 17 idmançı ilə təmsil olunub.

17 idmançıdan biri olan, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin iranlı və yunan rəqibini məğlub etdikdən sonra finalda ikinci yeri qazanıb.

M. İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla 2-ciyeri qazanıb.