Qənirə Paşayeva Türkiyədə tələbələrlə görüşüb - Fotolar

qenire-pasayeva-turkiyede-telebelerle-gorusub
Oxunma sayı: 1097

Millət vəkili Qənirə Paşayeva Yeddi Qitə Beynəlxalq Şagird Dərnəyinin və Kahramanmaraş Universitetində təhsil alan azərbaycanlı gənclərin təşkilatçılığı ilə Türkiyədə tələbələrlə görüşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Türkiyənin sabiq millət vəkili Sıdqı Güvenci və bir sıra ziyalılar da iştirak edib.

Millət vəkili çıxışı zamanı bu gün dünyada baş verən proseslərdən danışaraq çox təəssüf ki, artıq beynəlxalq hüququn çökdüyü bir dünyada yaşayırıq deyib. Güclünün haqlı olduğu bugünkü dünyada müxtəlif bölgələrdə baş verən dəhşətli hadisələr barədə danışan millət vəkili Qənirə Paşayeva 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olması, bütün dünyanın gözləri qarşısında törətdikləri Xocalı soyqırımından, vandalizm aktlarından 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsindən danışıb:

“Mən inanıram ki, siz bu gün olduğu kimi, bundan sonra da hər zaman ədalətin yanında olacaq və Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımının dünyaya daha geniş yayılması istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz. 22 ildir evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini artıq bütün dünya eşitməli və onların öz evlərinə dönə bilməsi üçün səylərini artırmalıdır. Bu insanlar dünyadan ədalət gözləyir".


Millət vəkili çıxışının sonunda türk və müsəlman dünyası üzərində bəzi dövlət və güclərin planlaşdırdığı və həyata keçirdiyi oyunlar barədə də geniş çıxış edərək gəncləri diqqətli olmağa çağırıb və onlara yazar İ.Avşarla həmmüəllif olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.