Qazaxda ağır qəza - 2 ölü, 3 yaralı+Foto

qazaxda-agir-qeza-
Oxunma sayı: 2829

Gecə saatlarında Qazaxda dəhşətli qəza baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 479-cu km-də qeydə alınıb. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyalarını dəyişiblər.

Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 34 yaşlı Niyaməddin Vəliyev və 21 yaşlı Vidadi Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Ağır qəza nəticəsində avtomobildə sıxılıb qalan sürücü və sərnişinləri FHN-in yanğınsöndürən-xilasediciləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza zamanı dünyasını dəyişən və xəsarət alanlar Qazax rayon sakinləridir.

Hadisənin başvermə səbəbi araşdırılır.