Qaz olmayacaq

qaz-olmayacaq
Oxunma sayı: 1712

Siyəzən və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

“Qafqazinfo”nun məlumatına görə, dekabrın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Hacılı” və Astara Magistral qaz kəmərləri sahəsinin “Lerik”, “Yardımlı”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şamaxı rayonunun Hacılı, Qızılmeydan və Əhmədli, Saatlı rayonunun Əlillər, həmçinin Qobustan rayonunun Xilmilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Saatlı, Lerik və Yardımlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.