Qaxda 6 otaqlı ev yandı

qaxda-6-otaqli-ev-yandi
Oxunma sayı: 800

Qax rayonunda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Qum kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2sahədə və 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.