Qasırğa Daşkəsəndə bəzi yaşayış evlərini işıqsız qoyub

qasirga-daskesende-bezi-yasayis-evlerini-isiqsiz-qoyub
Oxunma sayı: 1029

Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.

Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.

Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb.

Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.