Qaratorpaqda yeni məktəb istifadəyə verildi

qaratorpaqda-yeni-mekteb-istifadeye-verildi
Oxunma sayı: 632

Bu gün Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb məntəqəsinə malikdir.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet avadanlıqları quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafını möhkəmləndirməyə xidmət edir.