“Qarabağ” azarkeşlәrindәn türkmәnlәrә - Dәstәk+Foto

qarabag-azarkeslrindn-turkmnlr-
Oxunma sayı: 3075

Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilir.

Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi İngiltərə nəhəngi “Tottenhem”dir.

“Qafqazinfo”nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda azarkeşlər Suriyadakı türkmənlərə dəstək nümayiş etdirərək türkmən bayrağı açıblar. Belə ki, onlar bu yolla Rusiyanın dəstəklədiyi Əsəd ordusunun Suriyadakı strateji cəhətdən əhəmiyyətli olan türkmən kəndlərini atəşə tutmağına etiraz ediblər.

Fotolar: Nuran