Qar yağır - Fotolar

qar-yagir-
Oxunma sayı: 8992

Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır.

QafqazinfoReport-a istinadən xəbər verir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.

Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb.

Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.

Rayon Fövqəladə hallar üzrə komissiyadan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində çətinliklərin olmadığı bildirilib.